North American B-25 Mitchell

North American B-25 Mitchell
Tipi bombardmançı
İstehsalçı North American Aviation
Baş konstruktor North American Aviation
İlk uçuş 19 avqust 1940
İstismara verilmə tarixi 1941
İstimarının bitmə tarixi 1979
İstismarçılar
Buraxılış sayı 9.984
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

North American B-25 Mitchell (North American NA-62), İkinci dünya müharibəsi dövründə ABŞ Silahlı Qüvvələrinin quru qoşunları, hərbi hava qüvvələri donanmasının hava qüvvələri tərəfindən Üçüncü ReyxYaponiyaya qarşı istifadə etdiyi cüt motorlu, North American Aviation tərəfindən istehsal olunan bombardmançı təyyarə.

Təyyarənin adı general Billy Mitchelldən gəlir. B-25 Mitchell, xüsusi bir insan adı daşıyan hava qüvvələrinin yeganə təyyarəsidir. Mitchell, Birləşmiş Ştatların hava qüvvələrinin qurulması və inkişafında mühüm xidmətləri olmuş öncül bir əsgərdir.

İstehsalı başa çatana qədər təxminən 10,000 B-25 səmaya qalxa bilmişdir. Bunların içərisində ondan ilhamlanaraq hazırlanmış bəzi versiyaları da vardır. Məsələn, Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi PBJ-1 bombardmançı təyyarəsi və Hərbi Hava Qüvvələrinin istifadə etdiyi F-10 fotoqrafik kəşfiyyat təyyarəsi kimi.

Zavodda yığılan B-25 (Kanzas-Siti (Missuri), Kanzas, şəkil 1942-ci ilin oktyabr ayında Alfred T. Palmer tərəfindən çəkilmişdir.)

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy